Röyanı sevməyin 32 səbəbi -<span style="color:red;"> SÜRPRİZ HƏDİYYƏ
09 sentyabr 2014 10:29 (UTC +04:00)

Röyanı sevməyin 32 səbəbi - SÜRPRİZ HƏDİYYƏ

 

Müğənni Röya Ayxana sürpriz hədiyə ediblər. Lent.az-ın məlumatına görə, ifaçını sevənlərindən biri Röyanı sevməyinin 32 səbəbini kağız parçalarına yazaraq ona təqdim edib:

 

“Maraqlı hədiyyələrim çox olur. Amma bu onlardan daha maraqlı gəldi. Çünki məni sevməyinin 32 səbəbini yazmışdı. İndi vaxt tapıb, açıb oxumaq istədim. Yapışqan kağızdır, açsam cırılacaq. Deyirəm qocalana kimi qalsın, bəlkə kağız xarab olub özü açıla. Mən də sevilməyimin 32 səbəbini ölənə yaxın bilib, rahat gedərəm”.

 

İfaçı daha sonra övladı ilə birgə şəklini paylaşaraq bunları yazıb: “Biz artıq hazırlığa gedirik. Həyəcandan 2 saat yuxuya getdim. Sağ əlim başınıza. Subaylar və təzə analar üçün olsun”. 

 

 

Xatırladaq ki, Röya bir neçə gün öncə açıqlama verərək bildirmişdi ki,  “İnstagram”da daha paylaşım etməyəcək:  “Daha şəkil paylaşmayacam, çünki davalarınız məni küsdürdü. Bir-birinizə dediyiniz sözlər daha da... Fotonu isə qısqandılar deyə pozdum, deyilənlərə görə yox. Bu sizinlə son görüşümüz”. 

# 1819
avatar

Yalçın UĞUR

Oxşar yazılar