"Heç vaxt ikinci ərim olmayacaq" - <span style="color:red;">Röya
17 fevral 2015 11:51 (UTC +04:00)

"Heç vaxt ikinci ərim olmayacaq" - Röya

Müğənni Röya Ayxan şəxsi həyatından danışıb. Lent.az-ın atvxəbər.az-a istinadən xəbərinə görə, ifaçı yenidən ailə qurmayacağını deyib: “Düşünmürəm ki, yenidən ailə qurum. Həyat mənə elə bir dərslər verdi ki, "heç vaxt etmərəm", "bilmirəm" sözlərini demərəm. Amma mənim heç vaxt ikinci ərim olmayacaq. Mənim ərim bir nəfər idi. Oldu və bitdi. Vəssalam. Ondan başqa heç kəsi istəmirəm”.

 

R. Ayxan "Keçmiş həyat yoldaşınız Anar Cəlilov yenidən ailə qursa nə hiss edərsiz " sualına  " Xoşbəxt olsun. O məndən qat-qat artıq adam idi. Mən ona layiq deyiləmmiş” cavabını verib. 

 

Qeyd edək ki, müğənni Röya Ayxan A.Cəlilovun ikinci həyat yoldaşı olub. Onlar ötən il ayrılıblar. Bu barədə ilk olaraq A.Cəlilov ictimaiyyətə bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414
avatar

Oxşar yazılar