Aparıcı Rövşanə Bektaşi maraqlı açıqlama ilə yadda qalıb. Lent.az-ın məlumatına görə, ANS-də verilişlərdən birində qonaq olan R.Bekdaşi bildirib ki, jurnalistikaya təzə gəldiyi zaman Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Nizami Xudiyev onu bəyənməyib.
“Mən 1998-ci ildə televiziyadayam. Valid və Ofelya Sənanidən bir çox şey öyrənmişəm. Dövlət televiziyasında da çalışmışam. Hətta o zamanlarda müsabiqə keçirilirdi. Nizami Xudiyev də orada sədr idi. O, məni bəyənmirdi. Qaraşın, hündürboy xanımları efirdə görməyi xoşlayırdı. Mən də o vaxtlar sarışın idim. Çalışırdım Nizami müəllimin xoşuna gəlim. Televiziyada sədrlərin özlərinin bəyəndiyi tipajlar olur”.