Müğənni Rəqsanə İsmayılova dünən əməkdar artist Zöhrə Abdullayevanın efirdən səsləndirdiyi “Rəqsanənin səsi yoxdur” fikrinə münasibət bildirib. Hazırda Moskvada olan və layihələr üzərində çalışan sənətçi adının hallandırılmasından narahatdır. Sənətçi Lent. az-a açıqlamasında bildirib ki, sənəti, səsi olmayan müğənninin ayın 20 günü nüfuzlu insanların məclislərində oxuması mümkünsüzdür:
“Səsim olmasa yüzlərlə insanın qarşısında necə canlı oxuya bilirəm? Təklif aldığım məclislərdə səhnəni dünya ulduzları ilə paylaşıram. Heç vaxt problemim olmayıb. Amma Rəqsanəni bəyənməyənlərin birini də belə məclislərdə görməmişəm. Bu gün Moskva toylarında mənə, Könül Kərimovaya, Eltona və Xəyyam Nisanova daha çox tələbat var. Həmkarlarım da mənim toyda oxumaq bacarığıma bələddirlər. Əksər toylarda mənim mahnılarımı oxuyan sənətçilər efirə çıxanda adımı tənqid obyektinə çevirirlər. Mən bu haqsızlıqlara qarşı mübarizə aparmalıyam. Bu gün mənə ailəm, Türkiyədə gördüyüm işlə maraqlıdır. Mən qalmaqal yaratmaqdan uzağam, amma mənim adımı hallandırırlar. Qəribədir ki, üz-üzə gələndə məni öpüb, tərif yağdıranlar efirdə arxamca danışırlar. Zöhrə xanıma gəlincə, qeyd edim ki, ona çox böyük hörmətim var, Segahından zövq alıram... Onun haqqında bax, bunları deyə bilərəm”.