Rəqsanə Röya ilə olan qalmaqaldan danışdı
04 aprel 2013 11:29 (UTC +04:00)

Rəqsanə Röya ilə olan qalmaqaldan danışdı

Müğənni Rəqsanənin Türkiyədə tanınmaq istəyən sənətçilərimiz haqqında: “Mən Aygünü də, Röyanı da çox sevirəm. Amma  Türkiyədə bir mahnı oxuyub, klip çəkdirməklə tanınmaq olmur. Gərək uzun müddət orda qalıb işləyəsən” söyləməsi müğənni Röyanın kəskin etirazına səbəb olub və həmkarının onun zəhmətini yerə vurduğunu deyib.

Rəqsanə bu məsələ ilə bağlı Lent. az-a açıqlama verib:

“Mən hec kimin əziyyətini yerə vurmuram.  Türkiyə 80 milyonluq əhalisi olan bir ölkədir. Orada tanınmaq üçün bir-iki mahnı və klip yetərli deyil. Tanınmaq üçün İllərlə orda yaşamalı, dayanmadan çalışmalı və böyük işlər görməlisən .  Röya, Aygün Kazımova və bəzi məşhurlarımız artıq ilk addım atıblar. Mən onların uğuruna sevinirəm,  yeniliklər gözləyirəm” – deyən sənətçi  Röyanın “Rəqsanəni hamı tanıyır” fikrinə də  münasibət bildirib:

“Bəli, hamı məni tanıyır. Müğənniyəm, iki övladım var. Bəlkə də fikirlərim  Röya ilə qalmaqal yaratmaq kimi başa düşülüb. Mən nəinki normal münasibətdə olduğum Röya ilə, heç kimlə  qalmaqal istəmirəm. Türkiyədə  layihələrim üzərində çalışıram. Qalan vaxtımı ailəmə ayırıram. İnanın, yerli şou-biznesdəki  qalmaqallar artıq məni maraqlandırmır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1859

Oxşar yazılar