Müğənni Rəqsanənin məclislərin birinə geyindiyi paltar ötən gün internet portallarında müzakirə edilib. Bəzi yazarlar bu qənaətə gəliblər ki, Rəqsanə bu paltarını xalq artisti Aygün Kazıımovanın “Türkiyə Musiqi Ödülləri” mərasiminə geyindiyi libasa oxşadıb. Bu barədə müğənni Lent. az-a açıqlama verib:
“Bu paltar qızım Aysunun əl işidir, bir həftəyə tikib hazır edib. Ən yaxşı libaslarımın müəllifi Aysundur. Onun zəhmətini dəyərləndirirəm. Sadəcə, Aygün xanımın paltarının parçası ilə oxşarlığı var. Aygün xanıma hörmətim sonsuzdur. Münasibətlərimiz çox yaxşıdır. Geyimlərini də bəyənirəm. Özümün qarderobum da kifayət qədər zəngindir və hamı geyim zövqümün yüksək olduğunu deyir. Hər ikimizin geyimi gözəldir”.