Müğənni Rəqsanə İsmayılova “Gündəlik” verilişində - canlı yayımda sadə vətəndaşa 1000 manat bağışlayıb.
Lent.az-ın “axşam.az”a istinadən məlumatına görə, Mətanət Əliyerdiyevanın aparıcılıq etdiyi proqramda qonaq olan ifaçı verilişə müraciət edən sadə vətəndaşa qəfil sürpriz edib.
Belə ki, həmin şəxs xəstə oğlunun müalicə məqsədilə taxdığı qulaqcığının itdiyini deyib və tapıldığı təqdirdə “Gündəlik” verilişinə gətirilməsini xahiş edib. R.İsmayılova isə bu çağırışdan sonra qulaqcığın pulunu həmin adama təqdim edib.
Müğənninin bu addımı alqışlarla qarşılanıb.