Müğənni Rəqsanə hesab eləyir ki, onunla bağlı baş verənlər Azayev qardaşlarının və Təranə Səmədovanın işidir. ATV kanalına telefonla canlı yayına qoşulan Rəqsanə bildirib ki, istintaq orqanları onu dəvət etməyiblər.
Telefonlarının açıq olduğunu, istintaqdan qaçmadığını deyən müğənni dəvət ediləcəyi təqdirdə Bakıya gəlib ifadə verəcəyini də bildirib. O, istintaq araşdırmasının 1 il 4 aydır ki, davam etdiyini də söyləyib.
Bakı şəhər Baş Polis İdarəsi isə APA-ya müğənni Rəqsanə İsmayılova ilə bağlı axtarış elan edildiyini, onun tutulması istiqamətində tədbirlər həyata keçirildiyini təsdiqləyib.