Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva və rəqqas İlham Kərimli repertuarına yeni “Xəyal” adlı rəqs nümunəsi daxil ediblər. Lent.az-ın məlumatına görə, rəqqasə bildirib ki, yeni rəqsi yaxınlarda təqdim etməyi düşünürlər: “Dostum rəqqas İlhamla bir neçə müddətdir ki, “Xəyal” rəqsi hazırlayırıq. Çox maraqlı bir rəqs nümunəsidir. İnanıram ki, tamaşaçılar tərəfindən də seviləcək.
Bundan əlavə hind, türk və qaraçı rəqsləri üzərində də çalışırıq. Bu mövsümdə yaradıcılıq işlərimdə edəcəyim yeniliklər yetərincədir. Bir çox layihələr üzərində də danışıqlar gedir. Azərbaycanın bölgələrinə turneyə çıxmaq niyyətindəyik. Texniki məsələlər həll olunsa, konsertimiz baş tutacaq və o zaman vaxt dəqiq bilinəcək”.
Rəqqasə Fatimə daha sonra skripkaçı əməkdar artist Səlim Abbasovla olan işbirliyindən söz açıb: ""Lalələr" xalq mahnısını skripkaçı Səlim fərqli ifa edəndən sonra, düşündüm ki, bu kompozisiyaya yeni bir rəqs hazırlamaq çox gözəl olardı. Səlimlə danışdıqdan sonra qərara gəldim ki, hazırlayım. Hazırda həmin rəqsi hazırlayıram. Bu, tam yeni tərzdə olan rəqs olacaq”.

Rəqqasə Fatimə bölgələrə turneyə çıxacaq
Oxşar yazılar

"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45
Aşiq cütlük yenə də hamını heyran etdi
30 iyun 2025 , 11:15
Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55
Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT
28 iyun 2025 , 12:10