Rəqqasə Aytən: “Asena mənə geyimini bağışladı”
31 oktyabr 2013 11:51 (UTC +04:00)

Rəqqasə Aytən: “Asena mənə geyimini bağışladı”

Rəqqasə Aytən türk həmkarı Asena ilə bir araya gəlib. O, Lent. az-a bildirib ki, həmkarı ilə yeni layihə üzərində çalışır: “Bütün dünyada var, məşhur müğənnilərin bir araya gəlməsi, amma rəqqasələr arasında yoxdur, ona görə belə bir  proyektə imza atmaq istədim. Elə ağlıma ilk  gələn də əcnəbi rəqqasə Asena oldu. Ona bu layihə barədə xəbər verəndə çox sevindi. Klipə otuz min pul xərcləmişəm. Təkcə, altı libas mənə on iki min manata başa gəldi. Geyimin birini isə Asena mənə hədiyyə etdi. Çəkilişlərə bir qədər ara verib Bakıya qayıtmışam. Bir az dincəlmək istəyirəm, çünki noyabrın 8-də “Hollivud” restoranında Sinan Akçılla  Aygün Kazımovanın konsertində olacam, ora hazırlaşım. Həmin konsertin təşkilatçısı Nahid Emiloğluna da öz təşəkkürümü bildirirəm”.

 

Rəqqasə onu da bildirib ki, Asena ilə birgə daha bir neçə layihəyə imza atacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2913
avatar

Yalçın UĞUR

Oxşar yazılar