Bu gün gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) oğlu Rakif Hüseynovun amnistiyaya düşməsi ilə bağlı xəbər yayılıb. Rəmişin həyat yoldaşı Gülüm Lent. az-a bunları deyib: “Xəbəri indi oxudum. Bu xəbərdə anlaşılmazlıq var. Sadəcə, Rəmiş yanına gedəndə, ona oğlum-oğlum deyirdi. Bu o anlama gəlmir ki, Rəmiş onun atasıdır...Rəmiş Rakifgilin evində vaxtı ilə kirayədə qalıb. Rəmişin oğlu yoxdu, iki qızı var”.