Rafet El Romanın Bakı konsertinin vaxtı dəyişdi
20 noyabr 2015 10:16 (UTC +04:00)

Rafet El Romanın Bakı konsertinin vaxtı dəyişdi

Türkiyəli müğənni Rafet El Romanın Bakı konsertinin vaxtı və yeri dəyişdirilib. Bu barədə Lent.az-a konsertin  təşkilatçısı Nahid Emiloğlu məlumat verib. O bildirib ki, dekabrın 27-də nəzərdə tutulan konsert 29-da Bakı Əyləncə Mərkəzində keçiriləcək:  “Konserti “Elektra Music Hall”da nəzərdə tutmuşduq. Bura klub olduğundan insanlardan etirazlar gəldi. Rafetin konsertinə gəlmək istəyən ailəli cütlüklər çoxdur. Onlar bizə zəng edib, xanımları ilə kluba gələ bilməyəcəklərini deyirdi. Biz də narazılıqları nəzərə alıb, belə bir dəyişiklik etdik. Bilet alanlar narahat olmasın. Biletləri "Bakı Əyləncə Mərkəzi"ndə də keçərlidir”.

 

Xatırladaq ki, türkiyəli ifaçı Bakıya böyük orkestrı ilə birlikdə gələcək. O, gecədə sevilən mahnıları ilə yanaşı yeni bəstələr də səsləndirəcək. Konsertə biletlərin qiyməti 40 manatadır. VİP yerlər üçün isə biletlərin qiyməti 200 manata nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421

Oxşar yazılar