Rafət El Roman 27-ci dəfə Azərbaycana gəldi
29 dekabr 2012 16:59 (UTC +04:00)

Rafət El Roman 27-ci dəfə Azərbaycana gəldi

Türkiyənin məşhur müğənnisi Rafet El Roman yenidən Bakıya gəlib. “SƏS Organization”un rəhbəri Nahid Emiloğlunun Lent.az-a verdiyi  məlumata görə, müğənni bir neçə saat bundan öncə paytaxta təşrif buyurub. Konsertə onu müşayiət edəcək orkestr və sevgilisilə gələn müğənni hazırda Bakıdakı otellərin birində istirahət edir. Müğənni sabah Qəbələyə yola düşəcək.

 

Qeyd edək ki, Rafet 2012-ci ildə artıq 6-ci dəfədir ki ölkəmizə gəlir. Bu, müğənninin Azərbaycana ümumilikdə 27-ci səfəridir.

Müğənni dekabrın 31-də Qəbələdə konsert proqramı ilə çıxış edəcək.

# 1053

Oxşar yazılar