
Populyar müğənni karyerasını başa vurdu
Populyar Amerika müğənnisi və rep ifaçısı Niki Minaj musiqi karyerasının başa çatdığını elan edib.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, 36 yaşlı müğənni müvafiq bəyanatını sentyabrın 5-də “Twitter” səhifəsində yerləşdirib.
Əsl adı Onika Tanya Maraj olan müğənni bildirib ki, karyerasından ailə həyatına görə imtina edir. O yazıb: “Mən çıxıb getməyi və özümü ailəmə həsr etməyi qərara aldım. Uşaqlar, bilirəm ki, siz bundan çox məmnun qalacaqsınız”. TMZ internet portalı yazır ki, birmənalı olmayan bu sözlər, çox güman, müğənninin bədxahlarına ünvanlanıb.
Minaj dörd tamformatlı studiya albomu buraxıb. O, “Sevimli rep/hip-hop-artist” və “Sevimli rep/hip-hop-albom” nominasiyalarında ABŞ-ın ən nüfuzlu mükafatlarından birinin – “American Music Awards”ın laureatı olub. Bir neçə dəfə öz mahnılarına kliplərə görə “MTV Video Music Awards” mükafatına layiq görülüb, 10 dəfə “Grammy” mükafatına namizəd irəli sürülüb.
Oxşar yazılar

Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35
İbrahim Tatlısəsin sünnət olunduğu yaşı ilk dəfə AÇIQLANDI, eşidən hər kəs mat qaldı
8 iyul 2025 , 19:46