Polad Alemdara yeni “sağ əl”
07 oktyabr 2014 04:20 (UTC +04:00)

Polad Alemdara yeni “sağ əl”

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, “Şefkat Tepe” serialında Kordon Cəlil obrazı ilə tanınan aktyor Ərtuğrul Şakar “Vadi”də Polad Alemdarın yeni sağ əli olacaq.

 

Qeyd edək ki, “Şefkat Tepe” serialı Fəthullah Gülənin rəhbərlik etdiyi “Hizmet” hərəkatına aid “Samanyolu” kanalında nümayiş olunurdu. Aktyor Ərtuğrul Şakar isə kanalın hökumətə və Rəcəb Tayyib Ərdoğana qarşı qərəzli mövqe tutduğunu iddia edərək serialdan ayrılmışdı.

 

Film şərhçiləri hesab edir ki, Ərtuğrul Şakar “Kurtlar Vadisi Pusu” serialını səssiz – sədasız tərk edən, Abdulhey Obrazını yaradan aktyor Kənan Çobanın yerini tutacaq.

# 2906
avatar

Oxşar yazılar