Ötən ay ana olan müğənni Emma Ələkbərzadə yeni fotolarını sosial şəbəkədə paylaşıb. Lent.az-ın məlumatına görə, müğənninin həyat yoldaşı ilə birgə şəkilləri maraqla qarşılanıb.
Ana olan ifaçı açıqlamasında bildirib ki, hamiləlik dövründə 7-8 kilo kökəlib. Məhz buna görə də hazırda pəhrizdədir.
Qeyd edək ki, Emma Ələkbərzadə 3 noyabr 2012-ci ildə Çingiz Emil adlı bəylə rəsmi nikaha girib. Lakin cütlüyün toy mərasimi müəyyən səbəblərdən 3 ay sonra - 8 fevral 2013-cü ildə baş tutub.