Oruc tutan müğənni Rəqsanə İsmayılova müsəlman borcunu bayrama kimi davam etdirəcək. Hazırda Moskvada olan sənətçi sentyabrda yaradıcılıq işlərində yenilik edəcək. O, avqustun 3-də Bakıya gələcək. Müğənni Nahid Emiloğlunun sentyabrın 10-11- də Yaşıl Teatrda təşkil edəcəyi solo - konsertə hazırlaşır. Sənətçi görəcəyi işlərdən Lent. az-a danışıb: “Ramazan ayı başa çatandan sonra yenidən İstanbula qayıdacam. Orada konsertin məşqləri başlayacaq. Hazırda isə çəkiləcək klipin geyimləri hazırlanır. İki klip çəkiləcək. Heyətlə sözləşməmiz olub. Qərara gəldik ki, klipin biri konsertimdə yeni albomumla birlikdə təqdim olunsun. Başqa sürprizlər də gözlənilir. Digər klipin yayımı sentyabrın sonuna nəzərdə tutulub. Klipin rejissoru Murat Küçükdür”.