Onlar bir-biri ilə danışmır
24 mart 2015 00:27 (UTC +04:00)

Onlar bir-biri ilə danışmır

8 yaşlı qızları Suri üçün görüşən model Keti Holms və aktyor Tom Kruz bir-biri ilə danışmır. Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, keçmiş ər-arvad bir araya gələndə yanlarında başqa insanlar olur.

 

Danışmayacaqlarına söz verən məşhurlar görüşdükləri təqdirdə bir-birinə sözlərini yanlarındakı insanlar vasitəsilə çatdırırlar. Bu vəziyyətin Tom Kruzun aid olduğu “Scientology” təriqəti ilə heç bir bağlılığı olmadığı vurğulanıb.

 

Ümumilikdə, səbəb kimi keçmiş cütlüyün bir-birinə nifrət etməsi göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Oxşar yazılar