Azərbaycanlı rəqqasə Oksana Rəsulova yeni biznesə başlayır.
Lent.az-a açıqlama verən rəqqasə bildirib ki, «OksiMedia» adlı prodakşn açıb: “Özümü bu sahədə də sınamaq qərarına gəldim. Yeni açacağım prodakşnda filmlər, kliplər, konsertlərin təşkili və bir sıra işlər nəzərdə tutulub. Bu işlərdə mənə icraçı direktorum Niyazi Əliyev yardım edəcək. Artıq bu prodakşn adı altında bir film də çəkmişik. Rejissoru Samir Kərimoğlunun olduğu filmin adı “Şər qarışanda” adlanır. Bu yaxınlarda media əhli ilə görüşəcəyəm. Həmin görüşdə isə bütün bu işlər barədə ətraflı məlumat verəcəyəm.