Azərbaycanlı rəqqasə Oksana Rəsulova sosial şəbəkədə müsabiqə keçirib. Lent.az-ın məlumatına görə, müsabiqə çərçivəsində ən gözəl hind rəqsi oynayan iştirakçı mükafatlandırıb. Belə ki, layihənin şərtlərinə uyğun olaraq müsabiqədə iştirak edənlər öz rəqslərini lentə aldıraraq O.Rəsulovanın sosial şəbəkədəki ünvanına göndəriblər. Müsabiqə zamanı 70 nəfərdən 20-si yarımfinala vəsiqə qazanıblar. Sonda 5 nəfər "Müsabiqənin ən yaxşısı" adına layiq görülüblər.
Qeyd edək ki, O.Rəsulova qalib gələn şəxslərə özünə məxsus əşyaları hədiyyə( hind geyimləri, bujiteriya) edib. Bundan əlavə, qalib gələnlər bir neçə ay O.Rəsulovanın rəqs məktəbində xoreoqrafiyanın sirlərini öyrənəcəklər. Habelə qaliblər tanınmış rəqqasənin yeni layihəsində də iştirak edəcəklər.