Müğənni Roza Zərgərli doğum günündə pərəstişkarlarının ona hazırladığı sürprizdən razı qaldığını söyləyib. Lent. az-a açıqlama verən müğənni bildirib ki, prodüseri Mehri Əliquliyeva və pərəstişkarları ona sevinc dolu anlar yaşadıblar. Onu sevənlər müğənnini «Dünya» adlı mahnısının sədaları altında qarşılayıblar. Sonra tort kəsilib və pərəstişkarları müğənni ilə məşhur «Gangam style» mahnısına rəqs ediblər.
Gecənin ən gözlənilməz anı isə ifaçının prodüseri Mehri Əliquliyevanın aşıq geyimində müğənniyə təriflər yağdırması olub.

O da "gangam style" oynadı...
0
0
0
0