Müğənni Nura Suri həmkarı Samir Cavadzadə ilə sevgili olması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Lent.az-a açıqlama verən ifaçı bildirib ki, bu xəbər həqiqəti əks etdirmir: “Samirlə dostluğumuz hələ şou-biznesə gəlməzdən öncə yaranıb. "ATV maqazin onlarla” verilişində söylədiyim açıqlamada mənim bu mövzuya zarafatla yanaşmağım aydın görünür. Dostluğumuz haqda gülərək danışıram. Saytlardan xahiş edirəm ki, reytinq xətrinə yalançı başlıqlar dərc edib, oxuculara səhv məlumatı çatdırmasınlar”.