Türklər Niyamın mahnısın sildilər - VIDEO
25 avqust 2015 15:14 (UTC +04:00)

Türklər Niyamın mahnısın sildilər - VIDEO

Azərbaycanlı müğənni Niyam Salami xoşagəlməz halla üzləşib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, onun bir neçə gün öncə təqdim etdiyi “Gum gum” adlı klip “Youtube” şəbəkəsindən silinib: “Harada pis iş var, gəlib məni tapar. Əməlli başlı başıma iş gəlib. Belə ki, rejissor Nail Naiboğluna müraciət etdim ki, türkiyəli müğənni Ayşe Hatun Ünalın ifa etdiyi “Gum gum” mahnısına klip çəksin. O, da çəkdi. Klipi “Youtube” yüklədikdən sonra Ayşe Hünalın sosial şəbəkədəki səhifəsinə göndərib. Türkiyəli müğənnin çalışdığı prodakşn da bizim bu mahnıya klip çəkdirdiyimizdən xəbərdar olub və ekran işini “Youtube”dən sildirib. Mən də məcbur qalıb yenidən klipi “Youtube” yerləşdirdim. Onu da deyim ki, mənim bu sənətdə yolumu bağlamaq istəyən həmkarlarım var. Allah hər şeyi görür. Mən öz işimləyəm. Şou-biznesdə heç kimlə işim yoxdur. Paxıl insanlar isə heç zaman artmaz”.

 

N.Salami daha sonra bildirdi ki, yeni klip çəkdirir: “Bu yay istirahətin nə olduğunu bilmədim. Yeni mahnılar yazdırıb, kliplər çəkdirdim. İndi də söz və musiqisi həmkarım Fidan Süleymanovaya məxsus “Qonağam yaşadığım şəhərdə” adlı bəstəyə klip çəkdirirəm. Ekran işi çox fərqli olacaq. Gözləməyə dəyər”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298

Oxşar yazılar