Nazpəri Dostəliyevanın vəkili də danışdı
21 may 2013 15:05 (UTC +04:00)

Nazpəri Dostəliyevanın vəkili də danışdı

0

Bu gün Nəsimi Rayon Məhkəməsində İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş ziyanın ödənilməsinə dair iddiası üzrə mülki işin hazırlıq iclası keçirilib. İşə iyunun 10-da baxılacaq. Bunu Lent. az-a Nazpəri Dostəliyevanın vəkili Yunus Vəliyev söyləyib: ” Bu gün hazırlıq iclasında  nə İlhamə Quliyeva nə də Nazpəri Dostəliyeva iştirak edib. Hər iki tərəf  prosesdə vəkilləri və nümayəndələri ilə təmsil olunub. O ki, qaldı İlhamə Quliyevanın maddi ziyana görə 200 000, mənəvi ziyana görə 500 000 manat iddiasına, bu haqda bir söz deyə bilmərəm. Çünki bu barədə məhkəmə qətnaməsi yoxdur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2276

Oxşar yazılar