Xalq artisti Nazpəri Dostəliyevanın çıxışına AzTV və bir neçə özəl kanalda qadağa qoyulması barədə xəbərlər gündəmdədir. Xalq artistinin Müsavat partiyasının başqanı İsa Qəmbərin oğlunun toyunda iştirak etməsi məsələyə səbəb kimi göstərilir. Bütün bu məsələlərlə bağlı xalq artisti Lent. az-a açıqlama verib. Yazılanların həqiqəti əks etdirmədiyini söyləyib: “ Barəmdə danışılanlar şayiədir. Belə bir şey yoxdur. Bu, bir nəfərin uydurmasıdır, arzusudur. O da , həyata keçməyəcək. Yalan danışır. Allah qoysa, Heydər Əliyevin 90 illiyi ilə bağlı konsert olacaq. Orda məni görəcəksiniz.
Daha bir xəbərdə isə müğənninin ötən həftə “Space” də Məleykə Əsədovanın doğum günü ilə bağlı keçirilən tədbirə buraxılmaması iddia olunur. Bu xəbərə də xalq artisti münasibət bildirib:” Məleykənin ad günündə Moskvada toyda idim. Bakıda olsaydım, məmnuniyyətlə çıxış edərdim”.