Müğənni Röya Ayxanın “W-trio” qrupunu yenidən bir araya gətirmək istəyinə həmkarı Natavan Həbibi münasibət bildirib. Lent.az-ın məlumatına görə, N. Həbibi bu istəyin real olmadığını deyib: “Mənə heç kim heç nə təklif etməyib. İllər öncə Röyanın konsertində bir araya gəlmişdik. Bəstəkar İsa Məlikovun belə bir fikri var idi. O da alınmadı. Güclə solo karyeraya başlamışıq. İndi müğənnilərdə paxıllıq var. O vaxtlar aramızda iddia yox idi. Musiqini sevirdik. Şəxsən məni ancaq oxumaq maraqlandırırdı. Heç səhnəyə gələcəyimi ağlımdan belə keçirtmirdim. Amma illər ərzində hər şeyi öyrəndim”.
Qeyd edək ki, R.Ayxan “Solo” verilişində “W-trio” qrupunun keçmiş üzvlərini yenidən bir araya gətirmək istədiyini bu sözlərlə dilə gətirmişdi: “Mən onlara qarşı addım atdım. Qızlardan cavab gəlmədi. Bir dəfə zəng edib desinlər ki, Röya, belə layihə var, bunu gerçəkləşdirək. Hətta Beyons da bir vaxtlar oxuduğu qrupu tərk edib. Amma tez-tez qızları başına yığıb, konsert verir. Hərə öz yerini bilsə, gözəl olar”.