Müğənni Natavan Həbibi ilə aparıcı Afaq Gəncəli barışıblar.
Lent.az-ın məlumatına görə, bu gün Rus Dram Teatrında “Məhəmməd üçün” adı altında xeyriyyə konsertində üz-üzə gələn məşhurlar qucaqlaşıb, görüşüblər.
Lent.az-a açıqlama verən A.Gəncəli bildirib ki, N.Həbibi ilə bir ilə yaxın idi ki, küsülü idi: “İnsanın əzizləri arasında da inciklik olur. Aramızda olan inciklik artıq yoxdur. Natavan oğlum yas mərasiminə gəlmişdi. Çox sağ olsun”.
Qeyd edək ki, A.Gəncəli ilə N.Həbibi arasında olan anlaşılmazlıq ATV-nin efirində olmuşdu.
Barışan müğənnilər Lent.az-ın foto-kameraları önünə keçərək şəkil də çəkdiriblər.