Natavan, Nadir, Elnur qocalar evində
15 iyul 2015 11:00 (UTC +04:00)

Natavan, Nadir, Elnur qocalar evində

Müğənni Natavan Həbibi Ramazan bayramı ərəfəsində həmkarları ilə birgə Bilgəhdə yerləşən müharibə və əmək əlilləri üçün pansionata yollanıb. Bu barədə ifaçı sosial şəbəkədəki səhifəsində yazıb. O bildirib ki, ona müğənni dostları Nadir Qafarzadə və Elnur Məmmədov da dəstək olub: “Qocalar evinə ziyarətə getmişdim. Çox sevinirəm ki, Nadir və Elnur yanımda oldular. Amma qocalar evinə daxil olanda kədərləndim. Ona görə ki, onlar bu ocaqda yox, öz isti yuvalarında, övlad,  nəvə əhatəsində əyləşməli idilər. Onlara qayğı göstərmək övladın müqəddəs borcudur. Nə etsək, bu borcdan çıxa bilmərik. Allah bütün valideynlərə ömür versin. Unutmayaq. Etdiyimiz əməllər bir gün qarşımıza çıxacaq”.

 

N.Qafarzadə də öz təəssüratlarını bölüşüb: “Mən hər zaman qocalar evinə gedəndə qəribə hislər keçirirəm. Düşünürəm ki, orada məskunlaşan qocalarımızın diqqətə, qayğıya daha çox ehtiyacı var. Bacardığım, vaxt tapdığım qədər xeyriyyə tədbirlərinə iştirak edirəm. Heç kim öz gələcəyindən sığortalanmayıb. Ona görə də yaxşılıq etmək lazımdır. Bu günün övladı, sabahın valideyini, qocasıdır”.

 

 

E.Məmmədov da fikirlərini sosial şəbəkədə yazıb: “Allah heç bir böyüyü övladsız, heç birimizi də böyüksüz etməsin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368
avatar

Yalçın UĞUR

Oxşar yazılar