Ötən il ikinci dəfə ailə quran meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə ata olacaq. Lent.az-ın məlumatına görə, bu barədə “Star life” verilişində deyilib. İfaçı isə məlumatı təsdiqləyib: “İnşallah olacaq. Hər şey Allahın əlindədir. Artıq şəxsi həyatım haqda danışmayacam”.
Qeyd edək ki, N. Qaraçuxurlu ilk evliliyi Solmaz Şükürova adlı xanımla olub. Həmin evlilikdən Ülvi, Ümid adlı övladları var. Cütlük 2005-ci ilin dekabrında boşanıb.