Bacısını itirən müğənni Manaf Ağayevə həmkarı Nadir Qafarzadə başsağlığı verib. Lent.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə M.Ağayevlə birgə fotosunu paylaşaraq, bu sözləri yazıb: “Çox üzgün, çox qəmginəm. Demək olar ki, bacım qədər mənə doğma olan Sürayyə xanım dünyasını dəyişdi. Bizi gözüyaşlı qoydu. Başın sağ olsun, qardaş. Bu xəbər məni çox sarsıtdı. Allah bacımızın o dünyasını versin. Ölüm haqdır, çıxmaq olmaz əmrdən. Nə vaxtsa mən də bu yolun yolçusu olacam. Amma elə yaşamaq lazımdır ki, bizdən sonra yaxşı əməllərimiz qalsın”.
Xatırladaq ki, M.Ağayevin bacısı 59 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Manaf Ağayev bir müddət əvvəl bacısının qaraciyər serrozundan əziyyət çəkdiyini və təcili qaraciyər köçürülməsinin lazım olduğunu demişdi. Hətta bunun üçün öz qaraciyərini bacısına bağışlayacağını vurğulamışdı.