Nadir Qafarzadənin konsertində nələr oldu?
14 sentyabr 2013 10:42 (UTC +04:00)

Nadir Qafarzadənin konsertində nələr oldu?

Ötən gün  müğənni Nadir Qafarzadə “Yaşıl Teatr”da “Sən mələksən” adlı solo konsert verib. Lent.az-ın məlumatına görə, Nahid Emiloğlunun təşkilatçılığı ilə gerçəkləşən konserti aparıcı Zaur Nəbioğlu açıb. Sonra gələn qonaqları salamlayan aparıcı yerini “Dövlət rəqs ansamblı”na verib.  Nadir Qafarzadə ifasına “Gözəldir” mahnısı ilə başlayıb.  İfasını bitirdikdən sonra konsertə gələn qonaqları salamlayıb. “Mənə söz ver”, “Durnalar”, “Nazəndə sevgilim”, “Eşqimə şahid zaman”, “Gəl barışaq”, “Pardon”, “Dinlə məni sevgilim”, “Sən mələksən” kimi sevilən mahnıları ifa edib. Sonra Ayan Babakişiyeva ilə “Sənin üçün” duetini oxuyub. N. Qafarzadə konsertin bitməsinə yaxın məşhur “Maral” mahnısını ifa etmək üçün rəqqasə Fatimə Fataliyevanı səhnəyə çağırıb. Sonra müğənni Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş mahnı ifa edib. İfaçının son-  “Azərbaycan” mahnısını tamaşaçılar ayaq üstə alqışlayıblar.

 

Xatırladaq ki, bu ilin sentyabrında “Yaşıl Teatr”da baş tutan digər konsertlərdən fərqli olaraq Nadir Qafarzadənin gecəsi anşlaqla keçib .

 

 

Qeyd edək ki, konsertin informasiya dəstəkçisi Lent.az olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1431
avatar

Yalçın UĞUR

Oxşar yazılar