Müğənni Nadir Qafarzadə yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-a açıqlama verən N.Qafarzadə bildirib ki, Türkiyənin tanınmış müğənnisi Candan Ərçətinin repertuarından “Yalan” adlı bəstəni tələbəsi Vüsal Əsgərovla birgə oxuyub: “Yaradıcılığımda yeni mahnılar var. Bu yaxınlarda “Sarışınım” adlı bəstəni 6-8 ritmdə ifa etdim. Hazırda həmin bəstə aranjemandadır. Bundan əlavə hazırda bütün diqqətimi Türkiyədə həyata keçirəcəyim layihəyə yönəltmişəm. Bu gün isə tələbəm Vüsalla birgə ifa etdiyim “Yalan” adlı mahnını təqdim edirəm. Düşünürəm ki, gənc müğənnilərə kömək olmaq lazımdır. Əsas da səsi, istedadı olan ifaçılara. Səsi olmayan birinə dəstək olsaq da o, müəyyən yerə qədər gedə biləcək. Sənət olmayanda isə qalmaqal yaratmağa məcbur olacaq. Bu isə ucuz reklam sayılacaq. Amma Vüsal ilk gündən sənəti ilə öz sözün deməyə can atıb. Mən bu sənətə gələndə mənə dəstək olan olmayıb. Amma mən məndən sonra gələnlərə yardımçı olacam. Bu dəstəyimdən quduranlar olsa, bu, onların öz işi, mədəniyyəti olacaq. Əsası odur ki, balıq bilməsə də, xalıq biləcək. İstedadı olan gənclərə təmənnasız kömək edirəm. Vüsala dəstəyəm. “Azərbaycanın səsi” layihəsindən sonra onun yaradıcılığı ilə maraqlanıram. Bu yeni-yeni addımlarını atan ifaçı üçün çox vacibdir”.