Ailəsi ilə birgə Türkiyədəki evində istirahət edən müğənni Nadir Qafarzadədən xəbər var. Müğənni Lent.az-a bildirib ki, istirahət mövsümü olmağına baxmayaraq, bir neçə yeni mahnılar yazdırıb: “İstirahətdə olmağıma baxmayaraq, yeni mahnılar lentə aldırmışam. Bir neçə mahnım artıq hazırdı, bir neçəsi isə aranjeman olunur. Bu mahnıların da aranjeman işləri yekunlaşdıqdan sonra, onları dinləyicilərə təqdim edəcəm. Yaradıcılıqla bağlı yeniliklər çoxdur.
Müğənni daha sonra şou-biznesdə qalmaqal edən həmkarlarına məsləhət verib: “Azərbaycan şou-biznesində hazırda bir çox həmkarlarımın mahnıları populyarlıq qazanmır deyə, qalmaqal edib, gündəmdə qalmağa çalışırlar. Zaman-zaman mənim də qalmaqalım olub. Amma daim ilk olaraq kimsə mənə söz deyib, mən də onların cavablarını vermişəm. Heç indi tamaşaçıya qalmaqal maraqlı deyil. Qalmaqal edən həmkarlarıma məsləhətim budur ki, qalmaqal etməsinlər. Mahnılar yazdırıb, kliplər çəkdirib sənətləri ilə məşğul olsunlar ”.