Ötən gün Heydər Əliyev adına Sarayda türkiyəli müğənni Mustafa Cecəli ilə Röya Ayxan “Sən Azərbaycanlısan” adlı konsert verib.
Lent.az-ın məlumatına görə, “Natiq ritm qrupu” “Səndən nigaranam” kompazisiyası ilə gecəni açıq elan ediblər. Qrupun çıxışından sonra konsertin aparıcıları Nərgiz Cəlilova və Murad Dadaşov səhnəyə çıxıb.
Onlar konsertə gələnləri salamlayaraq, gecənin əhəmiyyətindən söz açıblar.
Aparıcıların məlumatlarından sonra xalq artisti Zülfiyyə Xanbabyevanın ifa etdiyi sözləri Cəlal Qurbanova, musiqisi Gövhər Həsənzadəyə, aranjemanı isə Yaşar Baxışa məxsus olan “Sən Azərbaycanlısan” adlı klipi tamaşaçılara təqdim olunub.
Ekran əsərini baxandan sonra qonaqlar sonra xalq artisti Alim Qasımov, qızı əməkdar artist Fərqanə Qasımovanın ifasını tamaşa edib. Muğamın ardınca qonaqlar Azərbaycanın tanınmış qrupunun rəqsinə baxıblar.
Yerli sənətçilərimizin çıxışından sonra səhnəyə paytaxtımızda bir neçə dəfə qonaq olmuş türkiyəli Mustafa Cecəli dəvət olunub.Səhnəyə çıxan tanınmış ulduz deyib: “Açığı sizlərin qarşısında çıxış etmək məni çox həyacanlandırır. Azərbaycan xalqını çox sevirəm”.
O, “Əs” adlı mahnısı ilə gecədəki çıxışına başlayıb. Sevilən “Sevgilim”, “Unutamam” və bu kimi mahnılarını bir-birinin ardına düzən M.Cecəlidən sonra səhnəyə müğənni Röya dəvət olunub. O, da növbəsində hit mahnılarını ardı-ardına düzüb. Bir neçə saat davam edən konsert sonda tamaşaçıların alqışları ilə yekunlaşıb.
Xatırladaq ki, bəzi siyasət adamlarının da iştirak etdiyi konsertə bir çox tanınmış sənətçilərdə gəlmişdi. Onlardan xalq artistləri - Fidan və Xuraman Qasımova, Zülfiyyə Xanbabayeva, aktyorlardan “Bu şəhərdə” kollektivi Rafel və Coşqun, müğənnilərdən - Rühəngiz Allahverdiyeva, Zamiq Hüseynov, Günay İbrahimli, Aysel Əlizadə, modelyer Fəxriyyə Xələfova, prodüserlər Kənan Bayramov, Elnur Həsənov, şairə Leyli İsrafilova, bəstəkar Hakan Erolu və başqalrının adını çəkmək olar.
Qeyd edək ki, konsert “Fire Land Prodicion” tərəfindən təşkil olunmuşdu.