Aparıcı, bəstəkar, son dövrlərdə özünü ifaçı kimi də tanıtmağa başlayan Murad Arif mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, səbəbkar tədbirdə söz və musiqisi özünə məxsus “İnşallah” mahnısına çəkilmiş klipi təqdim edib: “Bu gün bura təşrif buyuran bütün dostlarıma minnətdaram. Ekran işinin rejissoru Cəlal Kəngərlidir. Cəlalı mən kəşf etdim. Düşünürəm ki, bundan sonra onun işlərinə təlabat daha çox artacaq. Bu təqdimat üçün bir aydan çoxdur ki, əsəb, zəhmət, dava, mübahisə etmişəm. Nəticədə də klip ərsəyə gəlib".
Onu da əlavə edək ki, M.Arifin təqdimatına bir çox şou-biznes nümayəndələri xalq artisti Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva, Abbas Bağırov, Lalə Məmmədova, müğənnilər Nadir Qafarzadə, Rəşad İlyasov, Zamiq Hüseynov, Ceyhun Əliyev, Xəyyam Nisanov, aparıcılar Samir Bayramlı, Vüsalə Kərimova, Nəsib Nur, prodüserlər Tolik (Tarix Əliyev), Təranə Səmədova və başqaları gəlib.
Qeyd edək ki, “İnşallah” adlı klip bir neçə saat sonra “Youtube” kanalına yüklənəcək.