Müğənnimizin toyu oldu
08 fevral 2013 22:14 (UTC +04:00)

Müğənnimizin toyu oldu

 

Müğənni Emma Ələkbərzadə subaylığa əlvida deyib. Lent.az-ın məlumatına görə, bir neçə ay bundan əvvəl nişanlanan müğənni sevdiyi şəxslə münasibətlərini rəsmiləşdirib. Mətbuatdan gizlin təşkil olunan mərasimdə cütlüyü təbrik etmək üçün xalq artisti Zülfiyyə Xanbabayeva və prodüseri Nigar, rəqqasə Məryəm, əməkdar artist Zaur Əmiraslanov, müğənnilər Elnur Məmmədov, Miri Yusif və digər həmkarları iştirak edib.

Toyu Kamilə Babayeva idarə edib. Toyda qonaqları müğənninin bacısı Sevda Ələkbərzadə qarşılayıb. Bəylə gəlin saat 5-də toy təşkil edilən məclisə gəlib.

Cütlüyün məclisində həmçinin Lənkəranın “Nənələr” folklor qrupu da iştirak edir.

 

Müğənninin toyundan şəkilləri təqdim edirik. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4631
avatar

Yalçın UĞUR

Oxşar yazılar