Müğənni yeni klipini sosial şəbəkələrdə yaydı
12 aprel 2013 11:15 (UTC +04:00)

Müğənni yeni klipini sosial şəbəkələrdə yaydı

Müğənni Samira Allahverdi  “Sən” adlı klipini sosial şəbəkədə yayıb. Lent. az-a açıqlama verən müğənni bildirib ki, sözləri və musiqisi Muxtar Abseynova məxsus olan mahnını rejissor Ülviyyə Könül ekranlaşdırıb. Klip gecə saatlarında çəkilib: “Yeni ekran işimdə süjet xətti yoxdur. Çəkilişlər yalnız Bakının gözəl məkanlarında və dəniz kənarında aparılıb. Mahnı  ritmikdir. Məncə, bu mahnı zövq oxşayacaq.” - deyə müğənni əlavə edib.

 

# 1375
avatar

Yalçın UĞUR

Oxşar yazılar