Müğənni 4 illik sevgilisini məhkəməyə verdi
21 oktyabr 2014 13:20 (UTC +04:00)

Müğənni 4 illik sevgilisini məhkəməyə verdi

Türkiyənin tanınmış müğənnisi Davut Güloğlu ilə sevgilisi Pelin Subay arasındakı münaqişə səngimək bilmir. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, D.Güloğlunun 4 illik sevgilisi bir müddət öncə polisə şikayət edərək müğənnin ona zorakılıq tətbiq etdiyini demişdi. Məhkəmə hökmü ilə məşhur müğənninin Pelinin yaşadığı mənzildən 50 metrdən artıq yaxınlaşmamasına qərar verilmişdi.

 

D.Güloğlu isə bir neçə gün öncə İstanbul məhkəməsinə müraciət edərək P.Subay barəsində şikayət ərizəsi yazıb: “Bu ölkədə hər zaman vuran, qıran adam kimi qələmə verilmişəm. Utandığıma görə, bu günə qədər susmuşam. Susmağımla münasibətimi cinayət halına gətirmişəm. Daha susmayacağam”. 

# 2326
avatar

Oxşar yazılar