Son dövrlər ifaçılığa başlayan tanınmış bəstəkar-aparıcı Murad Arif məşhur müğənni Azisin “Sen trope” mahnısını ifa edib. Lent.az-a açıqlama verən Murad yeni ifasından danışıb: "Bilirsiniz ki, məclislərdə tez-tez oluruq. Bu mahnını da el məclislərində insanların necə çox sevdiyinin şahidi olmuşam. Dəfələrlə məndən bu mahnını istəyirdilər. Bir çox müğənnilər istəsələr də, Azisin repertuarına müraciət etmirlər. Çünki kompleksləri var. Bu da əbəs yerə deyil. Axı o, şəxsi həyatı, klipləri ilə hər zaman müzakirə olunur. Mən də isə bir çox şou nümayəndələrindən fərqli olaraq o kompleks yoxdur. Mənə görə mahnının cinsiyyəti olmur. Mahnı ya yaxşı olub, əhval yaradır. Ya da ki, pis olub heç kəsə lazım olmur. Məncə bu yaxşı mahnıdır. Ona görə də bu bəstəyə rus dilində söz yazıb oxudum".
M.Arif daha sonra “bu yaxınlarda Bakıda konsert verəcək Azislə eyni səhnəni paylaşarsınızmı?” sualına cavab verib: "Niyə də yox? Hər kəsin öz keyfiyyəti və şəxsiyyəti var. Biz artistik, onsuz da hər kəslə, hər nov insanla səhnə bölüşürük. Bu, bizlər üçün təbii haldır. Ümumiyyətlə başqalarının həyatına qarışmağı sevmirəm. Hər kəs öz şəxsiyyətinə cavabdehdir”.