Azərbaycanlı modelyer Gülnarə Xəlilova Türkiyədən mükafatla qayıdıb. Lent. az-ın məlumatına görə, modelyer "İnternet Medyası Yılın En İyileri" nominasiyasında “İlin modelyeri” mükafatı ilə təltif olunub. Mükafatlandırma on iki ildir keçirilir. Bu mükafat sosial, siyasi televiziya, media, mədəniyyət, kino və musiqi sahəsində fərqlənənlərə təqdim edilir. Bu isə Türkiyənin Magazinci.com saytının keçirdiyi sorğu nəticəsində məlum olur.