Avstraliyalı model Ell Makferson 51 yaşında üçüncü dəfə ana olmağa hazırlaşır.
Axşam.az “Woman's Day” jurnalına istinadən xəbər verir ki, 51 yaşlı model və milyarder əri Ceffri Soffer daşıyıcı ana vasitəsilə valideyn olmağa hazırlaşırlar.
2 il əvvəl Fici adasında evlənən cütlük artıq daşıyıcı ananı tapıblar. Onun 30 yaşında bir qadın olduğu deyilir.
Qeyd edək ki, Makfersonun əvvəlki evliliyindən 17 və 12 yaşında iki oğlu, milyarder Sofferin də ilk ailəsindən 2 uşağı var.