Pərviz Bülbülənin avtomobilini özünə qaytardılar
02 dekabr 2015 14:25 (UTC +04:00)

Pərviz Bülbülənin avtomobilini özünə qaytardılar

Sənədi olmadan avtomobil idarə etdiyinə görə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan meyxanaçı Pərviz Bülbülədən xəbər var. Lent.az-ın məlumatına görə, sənədi olmadan “Toyota” markalı avtomobili idarə edən meyxanaçının maşını cərimə meydançasından çıxarılıb.

Qeyd edək ki, meyxanaçı P.Bülbülə bir neçə gün öncə sərxoş vəziyyətdə saxlanılan prodüser Təranə Səmədovaya kömək etmək üçün hadisə yerinə gəlmişdi. Təranəyə kömək etmək istəyən meyxanaçının bu istəyi isə ona baha başa gəlmişdi. Belə ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları sənədsiz avtomobil idarə edən meyxanaçının maşınını cərimə meydançasına aparmışdılar.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304
avatar

Yalçın UĞUR

Oxşar yazılar