Mətanət İsgəndərli: "İçimizdə ağlasaq da, bunu büruzə verməməliyik"
08 aprel 2016 15:00 (UTC +04:00)

Mətanət İsgəndərli: "İçimizdə ağlasaq da, bunu büruzə verməməliyik"

Əməkdar artist Mətanət İsgəndərli əsgərlərimizə və övladı şəhid olan analara mahnı ithaf edib.

 

Lent.az-ın məlumatına görə, "Anaların naləsi" adlanan mahnının sözləri Mətanət İsgəndərliyə, musiqisi Nailə Mirməmmədliyə məxsusdur: "Hər bir azərbaycanlı kimi mənim də şəhidlərimizə görə içim qan ağladı. Mən də anayam, övlad itirən anaların dərdi bizim də dərdimizdir. O, acını necə yaşadığımı sözlə ifadə edə bilmirəm. Hər gün Allaha dua eləmişəm ki, əsgərlərimizi dərd-bəladan qorusun. İçimizdə ağlasaq da, üzdə bunu büruzə verməməliyik ki, düşmən baxıb sevinsin. Arzu edirəm ki, işğal altında olan digər torpaqlarımızda azad olsun. Biz özgənin torpağını zəbt etməmişik. Haqq bizim tərəfimizdədir. İnşallah bütün torpaqlarımızın qələbə sevincini yaşayarıq. Qarabağ bizimdir, bizimdə olacaq. Analara övlad itgisi yaşatmasın. Bu mahnımı da əsgərlərimizə, övladı şəhid olan analara ithaf etmişəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 264
avatar

Yalçın UĞUR

Oxşar yazılar