Mətanət İsgəndərli hansı həmkarından bağışlanmasını istədi?
10 may 2013 10:48 (UTC +04:00)

Mətanət İsgəndərli hansı həmkarından bağışlanmasını istədi?

Əməkdar artist Mətanət İsgəndərli Kəmalə Rəhimli ilə barışdığını bildirib. Lent. az-a açıqlama verən müğənni deyib ki, həmkarının bir zamanlar ona olan diqqətini unutmayıb: “Kəmalə dünənin oxuyanı deyil. O, illərdir, bu səhnədədir.

Onun məndən incikliyini bilmirdim. Küsülü də olmamışıq. İşlər elə gətirib ki, baş qarışıq olub. Sizə verdiyi müsahibəsini oxuyandan sonra, onunla tədbirlərin birində rastlaşdım və ağlayaraq üzr istədim. O, demişdi ki, onu hansısa tədbirdə görüb, salam verməmişəm. Amma ona bilərəkdən saymamazlıq etməmişəm. Bilirsiniz, sözün açığı, onu tədbirdə gördüm, çox pis oldum. Onun çox gözəl vaxtları olub. Sənətə gələndə mənə kömək edib. Bəstəkar Eldar Mansurovla məni o, tanış edib. İndi isə vəziyyəti yaxşı deyil, Allah  kömək olsun”.

 

 

 

Qeyd edək ki, əməkdar artist Kəmalə Rəhimli Lent. az-a açıqlamasında “... özümə görə Eldar Mansurova ağız açmazdım. Amma ona yazığım gəldi. Bu tanışlıqdan sonra Mətanət yavaş-yavaş tanınmağa, efirlərə çıxmağa başladı və sonralar məni saymadı. Heç olmasa, bir dəfə də mənim adımı çək, de ki, ay Kəmalə, necəsən? Axı sənə dəstək olmuşam. Amma o, məni tədbirlərdə görəndə belə salam vermir. Saymamazlıq edir” sözlərini demişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1936
avatar

Yalçın UĞUR

Oxşar yazılar