Mətanət İsgəndərli abdullayevlər olayından danışdı -YENİLƏNİB
21 dekabr 2012 22:31 (UTC +04:00)

Mətanət İsgəndərli abdullayevlər olayından danışdı -YENİLƏNİB

 

Əməkdar artist Mətanət İsgəndərli adının Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı olayda hallanmasına yenidən münasibət bildirib. O, bu məsələdə gah susub, gah da bunun şayiə olduğunu deyib. 

Lent.az-a ekskluziv açıqlama verən müğənni bildirib ki, o, bu hadisələrin necə baş verdiyini özü də bilmir: “Mənə bununla bağlı çox zənglər gəldi. Kimi deyirdi ki, həbs olunmusan, kimi deyirdi ki, ölkədən qaçmısan. Mən heç vaxt Azərbaycandan getmərəm. Bu cür xəbərləri oxuyub mən gülürdüm. Mən siyasət adamı deyiləm. Amma sizə tam səmimi deyirəm ki, sırf bu olayda özüm də bilmədim ki, nə məsələdir. Bilmirəm bu nə işdir və necə baş verdi?”.

Elşad Abdullayevi necə biri kimi tanımağına gəlincə isə müğənni  “Mən daha bu haqda heç vaxt danışmaq istəmirəm”- deyərək, müsahibəni yarımçıq saxlayıb.

*****

18:53

“Axır vaxtlar haqqımda çox şayiələr çıxdı. Mən bu mövzuda susmağa üstünlük verdim” Lent.az-ın məlumatına görə, bunu əməkdar artist Mətanət İsgəndərli son vaxtlar haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib. Müğənni bütün bunları şayiə adlandırıb: “Tanınmış insanların hər birinin haqqında belə şayiələr gəzir. Onu deyə bilərəm ki, haqqımda yazılanlar şayiə və yalandır. Mən bu mövzuda susmağa üstünlük verdim. Mənim yerimə bacım cavab verirdi. Təbii ki, mənim fikirlərimi səsləndirirdi. Bəlkə də mən həmin vaxtı çıxıb danışsaydım daha yaxşı olardı. Amma mənə dedilər ki, sən cavab vermə”.

Haqqında yayılan söz-söhbətə müğənni tərəfindən bu gün son qoyulması məsələsinə gəlincə isə, müğənni buna belə cavab verib: “Artıq qarşıdan yeni il gəlir. Hər şey köhnə ildə qaldı”.

Qeyd edək ki, Mətanət İsgəndərlinin adı Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı olayda hallanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6440

Oxşar yazılar