Türkiyəli müğənni cəzalandırıldı
14 noyabr 2014 18:50 (UTC +04:00)

Türkiyəli müğənni cəzalandırıldı

Türkiyənin tanınmış müğənnisi Seda Sayana pul cəzası verilib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, məşhur ifaçının cəzalanmasına səbəb, “Show TV”-də aparıcılıq etdiyi proqramına qonaq olan və daha sonra verilişi yarımçıq tərk edən həmkarı Niran Ünsal barəsində təhqiredici sözlər səsləndirməsi olub.

 

S.Sayan verilişini tərk edən N.Ünsla “Sənin də açıq-saçıq kliplərin var. Dörd uşaq dünyaya gətirdikdən sonra ağıllamısan?” deyib. Türkiyənin Radio və Televiziya Şurası qalmaqallı məsələ ilə bağlı qərar verib və S.Sayan 174 min lirə cərimə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2186
avatar

Oxşar yazılar