Məşhur müğənni qonşusunu yumurta “atəşinə tutub”
10 iyul 2014 07:44 (UTC +04:00)

Məşhur müğənni qonşusunu yumurta “atəşinə tutub”

Tanınmış kanadalı müğənni Castin Biber qonşusuna yumurta atdığı üçün vandallıqda ittiham olunur.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, hadisə bu ilin yanvarında Kaliforniyanın Kalabasas şəhərində baş verib.

 

Müğənnini qonşusu bu haqda polisə şikayət ərizəsi yazaraq, Biberinin yumurta atarkən çəkdiyi videonu da ora əlavə edib.

 

Mənbə  bildirib ki, 20 yaşlı müğənnini inzibati cəza gözləyir. Əgər dəyən ziyan 20 min dollardan artıq olarsa, o zaman cəza daha ciddi ola bilər. 

# 2194
avatar

Oxşar yazılar