Tanınmış türkiyəli müğənni Sərdar Ortaç sosial şəbəkədə onu təhqir edən şəxsi məhkəməyə verib. Lent.az-ın yerli mətbuata istinadən məlumatına görə, müğənni “twitter”də onun ünvanı “ İfaçı deyil sanki, qadın alverçisidir” deyən şəxsi məhkəməyə verib. MS xəstəliyindən əziyyət çəkən Sərdar Ortaç həmin şəxsin 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib. Prokurorluq onun iddiası təmin edib.