Türkiyəli müğənni və aktyor Əmrah Bodrumda 8 milyon lirəyə (təxminən 3,8 milyon manat) yeni villa alıb.
“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, daha öncə Bodrumun Bitez bölgəsindəki villasını satan Əmrah, bu dəfə Konacık bölgəsinə köçüb.
Villanın ümumi ərazisinin 2500 kv.m olduğu bildirilir.
Qeyd edək ki, Əmrah Türkiyədə əmlak sektoruna yatırdığı investisiyalarla da məşhurdur. Ona qeyri-rəsmi “əmlak kralı” ləqəbi də verilib.