Türkiyəli müğənni Kənan Doğulu və həyat yoldaşı, aktrisa Beren Saat gecə məkanlarının birindən çıxarkən görüntüləniblər. Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, cütlüyün içkili olması diqqətdən qaçmayıb. Yollandıqları klubdan əl-ələ çıxan Beren və Kənan jurnalistləri görüncə avtomobillərinə doğru qaçmağa başlayıblar.
Üzünü saçları ilə örtməyə çalışan B.Saat bir qədər getdikdən sonra K.Doğulunun əlini buraxıb və yıxılma təhlükəsi ilə üz-üzə qalıb. Cütlüyün niyə təlaşa düşdüyünü isə jurnalistlər anlamayıblar.